"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

A.Məmmədova: “Ekologiya və Təbii Sərvərtlər Nazırliyinin əməkdaşları cərimələnəcək bir şəxs tapmadıqda bələdiyyəyə üz tuturlar”

--2016-08-28 / 00:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayon Nabran  bələdiyyəsinin  sədrinə qarşı cərimə tətbiq etməsi bələdiyyə təmsilçiləri arasında  birmənalı qarşılanmayıb. Qeyd edək ki, bu tipli qəralar digər rayon bələdiyyələrinə qarşı da edilib.   

Hadisəyə öz Facebook səhifəsində  münasibət bildirən  Astara Bələdiyyəsinin sədri Ayğül MəMMəDOVA maraq doğuran fikiləriylə diqqəti çəkib.

Bələdiyyə sədrinin fikilərini olduğu kimi təqdim edirik:

“Mən başa düşmürəm,niyə vətəndaşın tökdüyü zibilə görə bələdiyyələr cərimə olunmalıdır?

Bələdiyyələr zibil daşıyan orqandır məgər?

Elədirsə dövlət tərəfindən hər cür şəraitlə təmin olunsun və Mənzil Kommunal Təsərrüfat Birlikləri ləğv edilsin və onların maşınları və işçı qüvvəsi bələdiyyələrə verilsin.

Bəzən Ekologiya və Təbii Sərvərtlər Nazırliyinin əməkdaşları cərimələnəcək bir şəxs tapmadıqda bələdiyyəyə üz tuturlar. Ondansa  özləri cərimələnməlidi.”

Belediyye.info

 

ŞƏRHLƏR