Belediyye.infoya daxil olan məlumata görə, şəmkir rayon Sarıtəpə kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Sarıtəpə bələdiyyəsinin təşəbbüsü ilə kənd ağsaqqalları ilə görüş keçirilib.
Görüşün təşklində əsas məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması olub. Bu barədə məlumat verən Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayeva bildirib ki, görüşdə yas mərasimlərində yemək verilməsinin aradan qaldırılması müzakirə edilib. Sədrin sözlərinə görə, indiki məqamda hər birimiz qənaətə keçməyi bacarmalı və buna artıq vərdiş etməliyik.
Görüşdə iştirak edən kənd ağsaqqaları bu təklifi müsbət qarşılayıb. Məclislərin bundan sonra təmtəraqdan uzaq sadə keçirilməsi qərara alınıb.
Kənd ağsaqqaları mövzuyla əlaqəli kəndin sakinləriylə söhbət etməyi qərara alıblar.
Belediyye.info