"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abbasağa Babayevə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı təltif edilib

--2019-08-06 / 19:55

Qaradağ Rayon icra Hakimiyyətinin altıaylıq hesabat yığıncağında çıxış edən icra başçısı Süleyman Mikayılov Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2019-cu il tarixli, Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə Qaradağ Rayon icra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Abbasağa Adil oğlu Babayevin təltif edilməsi münasibətilə təbrik edib.

iclasda A.Babayev onun fəaliyyətinə verilən dəyərə görə ölkə başçısına təşəkkür edərək bundan sonrada dövlət və dövlətçiliyin qorunmasında daha da layiqincə xidmət edəcəyini vurğulayıb.

Hesabat yığıncağının iştirakçıları Prezident cənab ilham əliyevə Qaradağ Rayonun inkişafına hər zaman göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıq bildirilmişdi.

P.S. Gec də olsa Belediyye.info adından A.Babayevi təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq

Belediyye.info

ŞƏRHLƏR