"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abdin Fərzəliyev: ““Pilot layihə” çərçivəsində 23 ünvanda tikinti işləri həyata keçirilir”

--2018-07-13 / 14:28

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon icra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.

iclasda Nərimanov RIH Başçısı Abdin Fərzəliyev son dövrdə rayonda aparılan “Pilot layihələrin” icra vəziyyətinə də toxunub.

icra başçsının sözlərinə görə, hesabat dövrü ərzində tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon icra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlər davam etdirilib.

icra başçısının sözlərinə görə, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 23 ünvanda tikinti işləri həyata keçirilir ki, bunlardan 2 ünvanda inşaat işləri artıq başa çatdırılmış, mənzillərdə təmir işləri aparılır, 7 ünvanda əhalinin köçürülməsi və evlərin sökülməsi işləri, 7 ünvanda isə layihələndirmə işləri həyata keçirilir.

Belediyye.info

ŞƏRHLƏR