“Qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirilir”- bu fikirləri “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon icra Hakimiyyəti başçısı yanında şuranın iclasında Nərimanov RiH başçısı Abdin Fərzəliyev bildirib.
icra başçısının sözlərinə görə, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 27 sahibkar tərəfindən 35 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirilir ki, perspektivdə bu ünvanlarda yaradılacaq 35 uşaq bağçasında yerlərin sayı 5910-a bərabər olacaqdır.
Belediyye.info
.