“Bələdiyyə üzvlərinin beş ildən bir yox, on ildən bir seçilməsini təklif ediəm”-bu fikirləri Binəqədi qəsəbə agsaqqalı Ağabala Musayev Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət evinin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair birgə hesabat yığıncağındakı çıxışı zamanı deyib
Qəsəbə ağsaqqalı bu fikrini belə əsaslandırıb ki, konkret layihənin icrası üçün beş il kifayət etmir. Müəyyən mənada təcrübə qazanınca, yeni mühitə alışınca hər kəs də müəyyən vaxt keçir və nəticədə sakinlərin qarşılaşdığı problemlərin həlli də ləngiyir.
Bələdiyyələrə tövsiyə verməyi də unutmayan A.Musayev daha sonra qeyd edib ki, ölkə başçısının qeyri-neft sektorunun inkişafıyla bağlı irəli sürdüyü strategiyaya uyğun olaraq bələdiyələr də öz töhvələrini verə bilərlər.
Düzdür etriaf etməliyik ki, qardaş Türkiyədəki kimi bizim yerli orqanların imkanı bir o qədər deyil. Amma əldə olanlarda ciddi layihələr icra etmək olar, məsələn balıqçılıq təsərrüfatı, kənd təsərrüfatı müəssisəsi və sair yaratmaq olar.
Sözsüz ki, biz seçicilərdə bələdiyyəmizə sahib çıxmalı, onlara bu tipli layihələrin icrasında öz dəstəyimizi göstərməliyik.
Belediyye.info