Ağdam rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Ağdam Rayon icra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.
iclasda Ağdam RiH başçısının birinci müavini Allahverən əliyev son altı ay ərzində rayonda həyata keçirlən layihələrə toxunub.
A.əliyevin sözlərinə görə, Heydər əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti ilham əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr olan Muğam Mərkəzinin tikintisi başa çatdırılıb. Hazırda binanın həyətində son tamamlanma işləri aparılır.
A.əliyevin sözlərinə görə, rayonun sosial-iqtisadi inkişafı sahəsində ilin sonuna qədər görüləsi işlərimiz çoxdur. Muğam Mərkəzinin, Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin, Boks və Taekvando məktəblərinin, Heydər əliyev parkını yenidən qurmalıyıq. Həmçinin Evoğlu, Zəngişalı, Üçoğlan kənd tam orta məktəbinin, Qaradağlı və Birinci Baharlı körpələr evi-uşaq bağçalarının təmirini həyata keçirməli, həmçinin Quzanlı qəsəbəsində Polis şöbəsinin, Prokurorluğun, “Azərişıq”-SC-in Ağdam rayon şəbəkəsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılmış, hazırda layihələndirmə işləri aparılır.
Altı ay ərzində görülən işlərə toxunan Ağdam RiH rəsmisi qeyd edib:
“Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- imamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi başa çatırılmış və əhalimizin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.01.2018 ci il tarixli Sərəncamına əsəsaən əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Ağdam rayonu Quzanlı qəsəbəsi Akademik Xudu Məmmədov adına küçəyə asfaltbeton örtüyü salınmışdır.Quzanlı qəsəbəsi ərazisində digər əlavə yollara çınqıl tökülərək genişləndirilmişdir.
Ağdam Rayon icra Hakimiyyətinin inzibati binasının 3-cü mərtəbəsində tikinti işləri başa çatdırılmış və istifadəyə verilmişdir.
Yolların təmiri və saxlanılması üçün 2018-ci ilin 6 ayı ərzində kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılmış, Yol istisamar Sahəsi rayon ərazisində yolların saxlanılması və cari təmir olunması üçün ciddi tədbirlər görməlidir.
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir.Belə ki, 2018-ci ilin 6 ayı ərzində 190 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət ,kənd təsərrüfatı , nəqliyyat və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunda isə 16 faiz təşkil edir.
Bir sözlə bundan sonra da Azərbaycan Prezidenti cənab ilham əliyevin ətrafında sıx birləşərək rayonun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.”
Belediyye.info