"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Anar əliyev: “Məcburi dövlət sosial sığorta haqları üzrə borclarının silinməsi həmin sığortaedənlərdə işləyən şəxslərin əmək pensiyası hüququnun pozulmasına səbəb ola bilər”-CiDDi

--2018-09-19 / 07:02

Bu gün ölkə bələdiyyələrinin əmək və əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sösial Müdafiə Fonduna olan borcun həcmi 12 milyon manatdan artıqdır. Bu borcun 8 milyon manatı əsas borc, 5 milyon manatı isə borca görə hesablanmış peniyadır. Borcun peniya hssəsi Prezdent sərəncamıyla silinmiş oldu. Ancaq əsas borc qalmaqdadır. Və bələdiyyələrin xeyli hissəsinin bank hesabına sərəncam qoyulub.

Bu və digər məsələlərlə bağlı, əsasən də bələdiyyələrin məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsində yaranmış problemlərin həlli ilə bağlı sorğumuza əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Anar əliyevin imzasıyla cavablandırılıb. Cavab məktubunda qeyd edilir:

““Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları, habelə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Bu Qanun bələdiyyə orqanlarına da şamil olunmuş, məcburi dövlət sosial sığorta haqları və tətbiq olunmuş maliyyə sanksiyaları (o cümlədən penya) uzrə yaranmış borcların qanunun tələblərinə uyğun olan hissəsinin silinməsi təmin edilmişdir.

Eyni zamanda, bildiririk ki, Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyən, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda sığortaedənin məcburi dövlət sosial sığorta haqları və tətbiq olunmuş maliyyə sanksiyaları (o cümlədən penya) üzrə yaranmış borclarının silinməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Nəzərinizə çatdırırıq ki, 2006-cı ildən respublikamızda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək fəaliyyəti göstərən bütün şəxslərin fərdi uçotu tətbiq edilir. Hesablanmış əmək haqqı məcburi dövlət sosial sığortasına cəlb olunmalı və sığortaolunanların fərdi hesabında qeydə alınması üçün sığortaçı təşkilatın xəzinə hesabına köçürülməlidir. 2006-cı ildən etibarən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə borclarının silinməsi həmin sığortaedənlərdə işləyən şəxslərin əmək pensiyası hüququnun pozulmasına səbəb ola bilər.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının (o cümlədən penya) 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir.

Hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir.  

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda sığortaedənin məcburi dövlət sosial sığorta haqları və tətbiq olunmuş maliyyə sanksiyaları (o cümlədən penya) üzrə yaranmış borclarının müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına verilmiş sərəncamın icra olunmadan və ya hər hansı hüquq verən hal yaranmadan geri götürülməsi nəzərdə tutulmamışdır.”

Belediyye.info

 

 

ŞƏRHLƏR