"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ankarada “Azərbaycan Evi”nin açılışı olub

--2015-07-06 / 13:47

Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub. görə, Sumqayıt şəhər bələdiyyəsinin sədri əbülfəz Babayevin Belediyye.infoya verdiyi məlumata görə,  tədbir çərçivəsində ölkəmizə  məxsus  tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi  “Azərbaycan Evi”nin açılışı olub. Açılışı Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri əbülfəz Babayev və AKP millət vəkili Orxan Atalay həyata keçirib.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər əliyev" və "ilham əliyev" kitabları ilə yanaşı "irs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı çoxsaylı materiallar hədiyyə edilib.

Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun gözəl əsərlər səsləndirməsi ilə  yekunlaşıb.

Belediyye.info

ŞƏRHLƏR