Tədqiqatçı-tarixçi,yazıçı-publisist,rəssam və şair Aqşin Mistanlı ilə qısa söhbətimizi oxucuların müzakirəsinə təqdim edirik:
- Bu sənətə həvəsiniz nə zamandan yaranıb və bu günə qədər hansı
uğurlara imza atmısınız?
- Hələ orta məktəbdə oxuduğum müddətdən,yəni uşaqlıqdan
-Bildiyimiz qədəri ilə bir çox araşdırmalarınız Lerik rayonundandır.
Başqa hansı rayonlarda yerləşən tarixi abidələr və ya tarixi ərazilər
barədə araşdırma aparmısız?
- Mən təkcə Lerik rayonu deyil,eləcədə cənub bölgəsinə daxil olan Lənkəran,Astara,Lerik,Masallı,Biləsuvar,Yardımlı,Cəlilabad rayobnları ərazisində mövcud olan bütün tarixi və memarlıq abidələri - kurqanlar,nekropollar,məscidlər,qıədim yaşayış yerləri ,mağaralar,qalalar,qədim qəbiristanlıqlar,ziyarətgahlar,ocaqlar,pirlər,məqbərələr,qədim hamamlar,müxtəlif cür qoç fiqurları,ləmlər və köhnə binalar barədə öz kitablarımda və geniş məlumat vermişəm.Bundan əlavə mənim bu abidələrlə bağlı 200-ə yaxın elmi-publisistik məqalələrim respublikanın bir çox qəzet,jurnal və saytlarında dərc olunub və müxtəlif tele layihələrdə lentə alınıb.
-Mənbəələriniz hardandır? Araşdırma apardığınız əraziləri özünüz həmin
ərazidə olaraq nəzərdən keçirirsinizmi?
-Mənbələrim özündə bir neçə yerə ayrılır v bunlar yazılı.şifahi,maddi və vizualdır.Yazılı mənbələrə Azərbaycan Milli Elmlər Akademiyasının arxivində yerləşən və tədqiqatçılarımızın bu yönümdə yazdıqları elmi-tədqiqat əsərləri,arxeoloji monoqrafiyalar və tarixi kitabblardır,şifahi mənbələrə isə həmin ərazilərdə olan yaşlı ağsaqqalların.kənd axundları və tarix müəllimləridir.Maddi mənbələr isə həmən ərazilərdə şumlama zamanı yerli sakinlər tərəfindən tapılmış maddi-mədəniyyət abidələri ,qədim silahlar,ox ucluqları,qədim baş-daşılar,kurqanlar,nekropollar və qədim sikkələrdir.Vizual mənbələr isə həmən əraziyə şəxsən gedib araşdırışam.Belə ki,bu günə qədər mənim "Bataqlıqdan Başlayan Həyat və ya Ləj kəndinin tarixi - 2017,Haftoni və ya Qəlbimdəki Yeddi Bulaq - 2018,Cənub Bölgəsinin Abidələr Ensiklopediyası - 2018,"Bəhramnamə" Babər qalası - 2019 kitabları işıq üzü görüb.
-Gələcəkdəki araşdırmalarınız barədə qısada olsa məlumat versəniz
sevinərik.
- Gələcəkdə nəinki bölgəmizin,eləcə də respublikamızın bütün bölgələri ərazisində yerləşən və yurdumuzun qədim tarixini özündə əks etdirən bütün tarixi-memarlıq abidələri araşdırıb üzə çıxarmaq və geniş oxucu kütləsinə təqdim etmək istəyirəm.
Belediyye.info