"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Arif Rəhimzadə: “Bizim hər birimiz bələdiyyələrin işinə kömək göstərməliyik”

--2017-02-18 / 07:22

“Yerli vergilərin əsas istiqamətlərindən biri də  yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi təşkil edir. Büdcə daxilolmalarında əsas sutunlardan biri olsa da bu istiqamətdən bələdiyyə büdcəsinə çox az miqdarda vəsait daxil olur”-bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin plenar iclasında bildirib.

Komitə sədri bu istiqamətdə bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcminin azaldığını bildirib.  Ancaq bu istiqamətdən bələdiyyələr kifayət qədər vəsait əldə edə  bilərlər.

Qeyd edək ki, Komitə sədrinin fikirlərini  Dövlət Statistika Komitəsinin məlumatları da təsdiq edir. Belə ki, 2011- ci ildə ölkə bələdiyyələr  445 min manat,  2013- cü ildə  534 -min manat mədən vergisi yığdıqları halda,  2015- ci ildə bu rəqəm 370 min manata düşüb.

Komitə sədri bununla bağlı bir faktı da çıxışında misal olaraq çəkib: “Mingəçevir bələdiyyəsi qum karxanasından mədən vergisini ala bilmədiyindən məhkəməyə müraciət etməli olub. Məhkəmə bələdiyyənin xeyrinə hüquqi müstəviyə söykənən qərar çıxarıb. Bu günədək qarşı tərəf məhkəmənin qərarını icra etmir...

Bizim hər birimiz bələdiyyələrin işinə kömək göstərməliyik. Cənab prezidentin də son illər imzaladığı hüquqi sənədlər məhz bələdiyyələrin fəaliyyətinə təkan vermək üçün imzalanıb.”

Belediyye.info

ŞƏRHLƏR