"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Arif Rəhimzadə: “ictimai fəallığın olmaması “Jek” lərin fəaliyyətinə şərait yaradır”

--2015-07-11 / 15:57

“Bələdiyyə institutu ölkəmizin  ən vacib və əhatəli  sturkturlarındandir. Etiraf edək ki, bələdiyyəya qarşı düz olanda, ədalətsiz olanda, bələdiyyə haqqında təsəvvürü olanda, olmayanda bu orqanları tənqid edir.

Bələdiyyəni düşündüyümüz həddə görməyimiz üçün vaxt lazımdır, ictimaiyyətin bu prosesə hazırlIğı lazımdır”-bu fikirləri Milli Məclisin Regional Məsələlər Daimi Komitəsinin  sədri Arif Rəhimzadə Belediyye.info saytlna deyib. Bələdiyyələrin fəaliyyəti bir çox hallarda onun əhartə etdiyi seçici kontingentindən asılıdır. Bəzən əhali bələdiyyələrlə qarşılıqı əməkdaşlığıa hazır  görsənmirlər.

Komitə sədrinin sözlərinə görə, əhalidə təşəbbüskarlığın olmaması əslində bələdiyyələrin fəaliyyətinə maneə yaradır. Bugün qanunvericilikdə Mənzil-Kommunal istismar sahələrinin adı çıxarılıb. Bu prosesin icrası bilavasitə əhalinin üzərinə qoyulub. Bu gün əhalidə ictimai fəallığın olmaması “Jek” lərin fəaliyyətinə şərait yaradır. Bununla yanaşı hər addımda narazılıqlarını bildirir, bələdiyyələrdən gileylərinlər. Biz istədiyimiz bələdiyyə sistemini görməyimiz üçün özümüzdəndə çox şey  asılıdr. Özümüzün fəal olmağımıza ehtiyac vardır.

 Belediyye.info

ŞƏRHLƏR