"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ARiF RəHiMZADəNiN DEDiKLəRi TəNQiD DEYiL, çAÄžIRIşDIR

--2016-02-11 / 09:01

Komitə sədri əməkdaşlıq yolu ilə bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılmasını nəzərdə tutur

 

Milli Məclisin Regional Məsələlər Komitəsinin ötən iclasında komitə sədri, millət vəkili Arif Rəhimzadə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzini və nazirliyi tənqid edib. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı komitənin sədri A.Rəhimzadə deyib ki, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır.

 

Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır. Qeyd edək ki, sözügedən iclasda iştirak edən Astara rayon bələdiyyəsinin yeni sədri Aygül Məmmədova keçmiş sədrə qarşı ciddi ittihamlarla çıxış edib. O, bələdiyyələrə son seçkilərdən sonra köhnə rəhbərliyin səhvləri və yol verdiyi nöqsanlar üzündən xeyli problemlər yaşadıqlarını bildirib. Hazırda köhnə sədrin dövründə olan borcların ödənilməsi ilə məşğul olduqlarını vurğulayan xanım sədr deyib ki, bu gün bələdiyyələr ölkəmizin inkişafına, o cümlədən yerli sahibkalara kömək etmək istəyir. Bunun üçün də kifayət qədər imkanlar və potensial var: "Amma çox təəssüf ki, bəzi maneələr üzündən biz onlara kömək edə bilmirik. Biz axı nəyə görə, Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən, əmlak Məsələləri üzrə Dövlət Komitəsindən asılı vəziyyətdə qalmalıyıq? Eyni zamanda, yaxşı olmazdımı ki, hər bir bələdiyyə seçildiyi 5 illik müddətə cavabdehlik daşısın, ondan əvvəlki rəhbərliyin və ya üzvlərin nöqsanları üzündən yaranmış problemlərin həlli ilə məşğul olmasın?”

 

 

 

"Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri Vüqar Tofiqlinin sözlərinə görə, Arif Rəhimzadənin dedikləri tənqid deyil, birgə əməkdaşlığın daha da möhkəmləndirilməsinə bir çağırışdır: "Komitə daima işlərini bələdiyyələr, ədliyyə nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və bələdiyyə assosiasiyaları ilə qurur. Komitənin bütün iclaslarında da sadaladığım strukturların nümayəndələri iştirak edir. Komitə sədri əməkdaşlıq yolu ilə bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılmasını nəzərdə tutur. Unutmayaq ki, Bələdiyyələrlə iş Mərkəzi inzibati nəzarət qaydasında bələdiyyələrin fəaliyyətinə nəzarət edir, onların dövlət siyasətinin icrası ilə bağlı bütün məqamlar ədliyyə Nazirliyinə həvalə edilib. Bələdiyyələrlə iş Mərkəzi də həmin proseduru icra edir. Mərkəz bu günə qədər bələdiyyələrlə bağlı qəbul olunmuş aktların qanunauyğun olub-olmamasını, inzibati nəzarət qaydasındakı fəaliyyətini, şəffaflığın təmin olunması, korrupsiya hallarının qarşısının alınması ilə bağlı vəzifələri icra edir. Həmçinin, bələdiyyə nümayəndələrinin maarifləndirilməsi ilə məşğul olurlar. Müntəzəm olaraq, treninqlər, seminarlar təşkil edərək bələdiyyələrə konkret bilgilər aşılayırlar. Zənnimcə, burada söhbət tənqiddən daha çox qarşılıqlı əməkdaşlıq yolu ilə bələdiyyələrin qarşılaşdıqları problemin həllindən gedir”.

 

Astaradan olan bələdiyyə sədrinin keçmiş bələdiyyələrin yol verdiyi nöqsanlar və cərimələrin hazırkı bələdiyyələr tərəfindən ödənməsi ilə bağlı narazılığına gəldikdə isə V.Tofiqli Aygül Məmmədovanın haqlı olduğunu deyib: "Bu çox maraqlı məqamdır. Doğrudan da, bu gün elə bələdiyyələr var ki, ancaq köhnədən qalma borcların qaytarılması ilə məşğuldur. Onlar hər nə qədər aktiv fəaliyyət göstərsələr də əldə etdikləri vəsait əvvəlki borcların silinməsinə gedir və onlar seçicilərinin qarşısında üzüağ ola bilmirlər. Mən də hesab edirəm ki, təhvil-təslim prosesində normativ-hüquqi aktlara müəyyən dəyişikliklər edilməlidir. Qanunvericiliklə tənzimlənməlidir ki, fəaliyyət müddəti başa çatan bələdiyyə sədrləri hesabat versinlər. Cari qanunvericilik bu məsələni tam şəkildə əhatə eləmir. Mənə elə gəlir ki, 5 ildən bir hesabat verəcəyi halda bələdiyyə sədrləri öz fəaliyyətlərini daha şəffaf şəkildə qurar və işinə məsuliyyətlə yanaşar”.

 

Aygül Məmmədovanın bələdiyyələrin Daşınmaz əmlakın dövlət Reyestri Xidmətindən, əmlak Məsələləri üzrə Dövlət Komitəsindən asılılığı ilə bağlı şikayətinə toxunan Təşkilat rəhbəri bu asılılığın aradan qaldırılmasının real olduğunu bildirib: "Bu gün bələdiyyələrdə müəyyən narahatçılıq var. Faktiki olaraq, bu asılılıq müəyyən məqamlarda bələdiyyələri havadan asılı vəziyyətdə qoyur. Çünki prosedur qaydalarının mürəkkəbləşməsi bələdiyyələrlə seçicilərin münasibətlərinə mənfi təsir edir. Axı müraciətlərin qarşısında bələdiyyələr dayanır, Daşınmaz əmlakın dövlət Reyestri Xidmətindən, əmlak Məsələləri üzrə Dövlət Komitəsi yox. Vətəndaş isə bilmir ki, burada söhbət bələdiyyələrin səhlənkarlığından yox, prosesin dövlət strukturalarında yubadılmasından, müxtəlif cür bürokratik əməllərdən söhbət gedir. Güman edirəm ki, xanım sədrin tələbi çox yerində olan bir şikayətdir. Qanunvericilik səviyyəsində bu məsələ öz həllini tapsa, bütün problemlərin həlli öz axarına düşər”.

 

şəymən

http://www.sherg.az/site/id-14266/Arif_R%C9%99himzad%C9%99nin_dedikl%C9%99ri_t%C9%99nqid_deyil,_%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9Fd%C4%B1r#.VrwUqRh97Gg

 



ŞƏRHLƏR