sorğu
“Azərbaycan dövlətinin gücünü gözü götürməyənlərin məkirli planı olan, ölkəmizin böyük, inkişaf etmiş tarixi şəhəri Gəncədə baş verənlər və bu hadisədə din pərdəsi altında gizlənmiş terroru, cinayəti üstün tutub xalqımız içində xaos, qarşıdurma yaratmaq istəyənlərin niyyətləri bir daha puç oldu.”- Bu fikirləri YAP-ın Nərimanov təşkilatının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev sosial şəbəkədəki profilində yazıb.
“Azərbaycan dövləti, dövlətçiliyi və xalqı bugünədək heç bir zaman belə çirkin oyunlar qarşısında aciz qalmayıb. Nə qədər ki, xalq-iqtidar birliyi var, heç bir qüvvə bu gücü dağıda bilməyəcək! Dünən vəzifə borcunu yerinə yetirərkən şəhid olan polislərimizə Allahdan rəhmət diləyirəm.”
Belediyye.info