"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri: “Sakinlərimizin müəyyən bir qismi vergiləri vaxtında ödəməyə maraqlı olsalar da,...”

--2021-11-15 / 04:43

“Sakinlərimizin müəyyən bir qismi vergiləri vaxtında ödəməyə maraqlı olsalar da, bir çoxları min bir bəhanəylə verigləri ödəməkdən yayınırlar. Vergilər məcəlləsinin tələbinə görə, hər bir vergi ödəyicisi vergi və rüsumları avqust ayının 15-dən başlayaraq noyabr ayının 15-dək ödəməlidir. Vergilərin ödənişinin ləngidilməsi nəticə etbariylə ümumi ödənişə əlavə faizlərin hesablanmasına səbəb olur. Odur ki, çalışın yerli vergilərinizi vaxtında ödəyin ki faizlər hesablanmasın”- bu fikirləri Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyaının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyələrin əldə etdiklərin maliyyə vəsaitinin 40 faizlik hissəsi məhz fiziki şəxslərdən toplanan əmlak və torpaq vergisindən daxil olur. Yəni, əmlak və torpaq vergisi bələdiyyələrin əsas maliyyə istiqamətləridir.

Odur ki, hər bir vətəndaş da bu ödənişlərin vaxtında həyata keçirməyə maraqlı olmalıdır. Unutmayaq ki, bələdiyyə büdcəsinə ödənilən hər bir manat sonda elə sakinin probleminin həllinə yönəlir.  

Belediyye.info

ŞƏRHLƏR