Astara bələdiyyəsi "Hər birimiz bir olaq -Astaramızı çirklənməkdən qoruyaq” devizi altında “Ekologiya həftəsi” keçirmişdir.
Bu barədə məlumatı Belediyye.infoya sədr Aygül Məmmədova verib.
Sədrin sözlərinə görə, “Ekologiya həftəsi”nin keçirilməsində əsas məqsəd bir olub şəhər ətrafında olan zibil tullantılarının, çirkablığı təmizləməklə, ətrafda yaşayan sakinlərin sağlamlığını qorumaq olmuşdur.
Aygül Məmmədova: “Bu məqsədlə bələdiyyəmizin “Facebook” səhifəsində və elanlar guşəsində məlumat yayaraq könüllüləri topladıq. ilk olaraq şəhərin Səməd Vurğun küçəsində Dəmiryolu ərazisindəki zibilliklər təmizləndi. Lakin hava şəraitinin çox əlverişsiz olması işimizə manəeələr yaratdı.
Buna baxmayaraq havalar mülayimləşdikcə bu layihəni təkarlamağı qərarlaşdırmışıq.
Unutmayaq ki,təmizlik-sağlamlıqdır, sağlamlığınız isə hər bir şeydən önəmlidir!
əziz Astaralılar sizdə bu işdə bizə dəstək olsanız şad olarıq.”
Sonda sədr bu işdə maraqlı olanlara da müraciət etməyi unutmadı:
“Növbəti günlərdə keçiriləcək “Ekologiya həftəsi”ndə iştirak etmək istəyənlər və yaxud bizə bu işdə dəstək olmaq istəyənlər aşağdakı telefonlarla əlaqə saxlaya bilərlər- -050-984-90-01, 025-225-31-49”
Belediyye.info