“Bizim xidmət obyektimiz eynidir. icra hakimiyyəti üçün sakin sayılan şəxs bələdiyyə üçün seçicidir. Bələdiyyə icra nümayəndəliyinin qarşılıqlı əlaqələrini müsbət nəticələrini biz M.ə.Rəsulzadə qəsəbəsinin timsalında daim görürük”- bu fikriləri Binəqədi rayon icra Hakmiyyəti Başçısının müavini Aygün əliyeva M.ə.Rəsulzadə qəsəbə sakinləri qarşındakı çıxışı zamanı bildirib.
Xanım müavin daha sonra bildirb: “Bununla yanaşı çatışmayan cəhətlər, həll ediləsi məsələlərdə var.
Bələdiyyənin vergi yığımının artırılması və daha təkmil formada həyata keçirməsi üçün bizdə Binəqədi icra Hakimiyyəti olaraq bələdiyyələrə öz tövsiyyəmizi veririk. əsas tövsiyəmiz isə odur ki, M.ə.Rəsulzadə bələdiyyəsi daim vergi yığımıyla bağlı öz müsbət təcrübəsini saxlasın.
Təbii ki, vergi yığımının yüksək olması bələdiyyənin maddi-texniki bazasının yaranmasına və artmasına səbəb olacaqdır. Nəticədə bələdiyyə sakinlərin qarşılaşdığı problemlərin həllini də sürətli şəkildə həll etmiş olacaqdır.”
Belediyye.info