“Qobustan rayonu Cəyirli Bələdiyyəsi iki yaşayış məntəqəsindən ibarətdir Cəyirli və Çalov kəndləri hər iki kəddə ümumi əhali 4000dən çoxdur. Prezdent sərəncamıyla hər iki kənd də 4km asfalt örtüyü yol çəkilmişdir.”-bu sözləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Aynur Axundova bildirib. Sədrin sözlərinə görə, Cəyirli bələdiyyəsinin, kənd ağsaqqallarının və məktəblilərin birgə iştirakı ilə kənd magıstral yol qovşağının ətrafına 200-dən çox meyvə, bəzək ağacları əkilmişdir. Kənddaxili yollar və körpülər təmir olunmuş ekoloju təmizliyə diqqət yetrilmiş təmizlik işləri görülmüş, hazırda da həmin işlər müntəzəm olaraq davam etdirilir. Hazırda Cəyirli kəndində ucub-dağılımaq təhlüksəiylə üz-üzə qalan köhnə məscid kənd sakinlərinin və bələdiyyənin köməkliyi ilə yenidən tikilir:
- əsas məqsədimiz kəndin abadlığını bələdiyyə olaraq öz töhvəmizi verməkdir.
Sədrin sözlərinə görə, cari ildə bələdiyyə üzvlərinin iştirakıyla məktəblərdə şagirdlərlə tez-tez görüşlər keçirilir və bir çox müsabiqələr keçrilib şagirdlərə həvsələndirici diplomlar və hədiyyələr verilmişdir.
Belediyye.info
|
|
|
|