"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aytac əliyeva: “Məqsədimiz hər bir sakinin problemini anındaca həll etməkdir”

--2015-12-02 / 23:53

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyevanın Belediyye.infoya verdiyi məlumata görə, sakinlərin qarşılaşdığı problemləri anındaca həll  etmək bizim əsas məqsədimizdir. Bu gün sakinlər tərəfindən qaldırılan bütün məsələlər bələdiyyə iclasında müzakirə edilərək həlli istiqamətində addımlar atılır. Sakinlər tərəfindən qaldırılan məsələlərdən biri də DSK 4 ünvanında yol örtüyünün bərpası istiqamətində idi. Artıq  sözügedən ünvanda asfalt örtüyünün vurulması üçün hazırlıq işləri həyata keçirilir:

“Prosesi izləmək, həmçinin sakinlərlə fikir mübadiləsi aparmaq üçün Binəqədi qəsəbə icra nümayəndəsi Elxan əliyev və bələdiyyə sədrinin  müavini Vüqar Həsənovla ərazidə olduq. Sakinləri  dinləməklə yanaşı asfalt örtüyün salınmasını diqqətlə müşahidə etdik. Dşünürəm ki, sakinlərimiz bundan sonra yerli bələdiyyəyə müraciət etməklə qarşılaşdığı çətinliklərin həllini  tapa biləcəklər.”

Bundan əlavə su xətti olmayan ərazilərə isə bələdiyyəyə məxsus avtomobillə pulsuz su paylanılması davam etdirilir.

Sonuncu belə addım III mədən 104-cü korpus ünvanındakı sakinlər üçün həyata keçirilib.

Belediyye.info

ŞƏRHLƏR