Sonuncu bələdiyyə seçkilərindən ötən bir ilə qısa nəzər salmaq məqsədiylə Milli Məclsin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamovla görüşdük.
Söhbətimizin maraqlı və diqqətiçəkən məqamlarını oxucuların müzakirəsinə təqdim edirik.
Qeyd edək ki, ölkəmizdə dörd dəfə keçirilən bələdiyyə seçkilərinin hər biri dekabr ayına təsadüf edib. ilk seçkilərdə 2736 bələdiyyə formalaşmışdırılsa da sonuncu seçki ilində bu rəqəm 1607-ə bərabər oldu.
Bəs ümumilikdə Azərbaycan bələdiyyə sisteminin 16 illik fəaliyyətini necə qiymətləndirmək olar. ilk olaraq ünvanladığım suala maraqlı cavab gəldi:
- 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərindən sonra formalaşan yerli özünüidarəetmə orqanları Azərbaycanda demokratik cəmiyyətin qurulmasının göstəricisidir. Deməliyəm ki, bələdiyyələr formalaşdırılarkən dünyada mövcud bələdiyyə sistemləri tədqiq edilmiş, inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş və yerli özünüidarə orqanların fəaliyyəti üçün qanunvericilik bazası hazırlanaq təsdiq edilmişdir.
Azərbaycan bələdiyyə sistemi ötən 16 il ərzində inkişaf etmiş, təkmilləşmiş və ölkəmizin həyatında vacib bir struktura çevrilmişdir. əvvəlki illərdə bələdiyyə sisteminə seçkilərdə təcrübəsiz, savadı olmayan insanlar seçilirdisə, artıq indi seçici daha çox ziyalı, qanunları bilən və bələdiyyə sistemində hər hansı bir iş görə biləcək təcrübəli şəxslərə daha çox etimad göstərir.
Bir məqamda etiraf etməliyik ki, bələdiyyələr yaradılan ilk illərdə ancaq torpaq satışı ilə məşğul olurdusa, indi bələdiyyələr öz fəaliyyətlərini qanunauyğun şəkildə qurur və cəmiyyətin müəyyən problemlerinin həllində yaxından iştirak edir.
Demək olar ki, yola saldığımız 16 il ərzində Azərbaycan bələdiyyələri cəmiyyətin içində birbaşa seçiciylə təmasda olan və yerli problemlerin həlli istiqamətində müəyyən işlər görən və xalqın etibarını qazanan orqana çevrilmişdir.
- Belə olan halda son bir ildəki fəaliyyət sizi bir secici kimi qane edirmi?
- Təbii ki, başa düşülməlidir ki, bələdiyyə sistemi ölkəmizdə yeni formalaşmış strukturdur. Hər il yaşa dolduqca fəaliyyət dairəsi də genişlənir. Son bir ildə də bələdiyyələrin ölkəmizin social-iqtisadi, siyasi həyatında müəyyən rolu olmuşdur. Müəyyən layihələrin həyata keçirilməsində iştirak etmişdir. Amma ,təəsüf ki, yenə də kifayət qədər tam şəkildə öz işini qanunauyğun şəkildə qura bilən orqana çevrilməmişdir.
Düşünürəm ki, gələcək illərdə sistemin inkişafında müəyyən müsbət dəyişikliklər baş verəcəkdir.
- Bələdiyyənin bu günkü durumunda olan problemi nə də gorürsünüz - maliyyəsizlkədə, kadr çatışmazlığında, sədrlərin məsuliyyətsizliyində və ya digər səbəbdə?
- Özünüz də qeyd etdiniz ki, bələdiyyələrin bu günkü durumunda müəyyən problemlər mövcuddur. Bu, ilk növbədə insan şüurunun, psixologiysının ölkəmizin inkişaf tempi ilə bərabər səviyyədə olmamağı kimi qeyd edərdim. Yəni, bu yerli özünüidarə orqanlarının fəaliyyəti sahəsində qəbul olunmuş qanunların vaxtında mənimsənilməməsində və həm də müəyyən bələdiyyələrdə işə məsuliyyətlə yanaşmamağında görürəm. Bələdiyyələr bilməlidirlər ki, yerli özünü idarəetmə orqanlarının maliyyə vəsaitlərinin artırılması üçün qanunvericilikidə kifayət qədər imkanlar mövcuddur. Sadəcə bu imkanlardan səmərəli istifadə olunmalıdır.
- Ötən beş ildəki fəaliyyətinizdə qəbul edilən qanunların hansı Sizin fikrinizcə bələdiyyələrin fəaliyyətinə təkan verəcək?
- Ötən 5 illik parlamentdəki fəaliyyət dövrümüzdə bələdiyyərlə bağlı bir sıra qanunlar qəbul olunmuş, bir çox qanunlarda müəyyən dəyişikliklər edilmişdir. Qəbul olunmuş bütün qanunlar bələdiyyələrin daha səmərəli fəaliyyət göstərilərək cəmiyyətin etimadını doğrultmağı üçün imkanlar açır.
Xüsusilə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinə xidmət edən yerli vergilərin hesablanmsı və yığılması ilə əlaqədar qeyd etmək istəyirəm. Qanun qəbul olunana qədər bələdiyyələr əmlak və torpaq vergisinin hesablanmasında müəyyən çətinliklərlə üzləşirdisə, artıq yeni dəyişiklilərdən sonra bu mexanizm təkmilləşdirilərək daha da sadələşdirilmiş və vergilərin hesablanmasındakı bütün çətinliklər aradan qaldırılmışdır. Həm də, bələdiyyələrin status haqqında, bələdiyyə qulluğu haqqında və bələdiyyələrin etik davtranışı haqqında qanunları xüsusilə qeyd etmək istəyərdim. Qəbul olunmuş bütün qanunlar bələdiyyələrin inkişafına xidmət edir.
Vüqar Tofiqli
Belediyye.info