"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov: “Yerli büdcə gəlirlərinin azalmasını üç amillə əlaqələndirmək olar”

--2016-04-08 / 18:54

Xəbər verdiyimiz kimi, 2014 -cü illə müqayisədə 2015-ci ildə  Azərbaycan bələdiyyələrinin büdcə gəlirləri 40 % -dək azalıb. Azalmaya münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov Belediyye.infoya açıqlamasında bildirib ki, yerli büdcə  gəlirlərinin azalmasını üç amillə əlaqələndirmək olar:

-          Birincisi bələdiyyə vergilərinin nəğd şəkildə alınmasının qanunla qadağan olunduğundan həm əhali həm də bələdiyyələr hələ bu tam hazır deyillər. Sözsüz ki, nəğd şəkildə vergilərin alınmasının qadağan olunması şəffaflığın təmin olunmasına xidmət edir. Amma, təəsüf ki, bizdə hələ də vergilərin könüllü şəkildə ödənilməsi mədəniyyəti formalaşmayıb.

Düşünürəm ki, bu gün yerli vergilərin ödənməsiylə ilə əlaqədar vergi ödəməyən ödəyicilərə  qarşı hər hansı bir  formada təsir mexanizminin qəbul edilməsi zəruriəti yaranıb.

 -          ikinci səbəb kimi  bələdiyyələrin torpaq fondlarında satışa çıxarılacaq torpaqların azalmasında görürəm. əvvəlki illərdə torpaq satışından da bələdiyyə büdcələrinə kifayət qədər vəsait daxil olurdu.

-          Üçüncüsü səbəb kimi sanatoriya kurort, mehmanxana və tirizm xidmətlərindən,  o cümlədən dayanacaqlardan daxil olan rüsumların azlığında görürəm. Yaxşı haldır ki, bu sahələrdə müəyyən artımlar hiss olunur. Amma adıçəkilən sahələr  tam əhatə olunarsa daxil olan rüsumların miqdarı dəfələrlə arta bilər.

      Belediyye.info

 

ŞƏRHLƏR