"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Prezidentinin son Sərəncamı “ASAN xidmət”in daha çox uğur qazanmasına təkan verəcək

--2016-09-06 / 22:10

“ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb. Hazırda ölkə üzrə 11 “ASAN xidmət” mərkəzində 2 minədək işçi çalışır. Buraya həm “ASAN xidmət”in, həm də digər dövlət orqanlarının əməkdaşları daxildir. Bundan əlavə, bu mərkəzlərdə 800-ə yaxın könüllü fəaliyyət göstərir. Prezident ilham əliyevin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncam bu sahədə daha çox uğurun əldə olunmasına təkan verəcək.

AZəRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib. O qeyd edib ki, “ASAN xidmət”də vətəndaşlara sevə-sevə xidmət göstərən öz işlərinin peşəkarları - könüllülər dövlətimizin başçısının son Sərəncamını böyük rəğbətlə qarşılayırlar.

Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyondan çox müraciət daxil olub. 2013-cü ildən isə “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Növbəti illərdə şəki, Mingəçevir, Quba və imişlidə regional “ASAN xidmət” mərkəzlərinin açılışı planlaşdırılır.

http://azertag.az/xeber/Azerbaycan_Prezidentinin_son_Serencami_ASAN_xidmetin_daha_chox_ugur_qazanmasina_tekan_verecek-990366

ŞƏRHLƏR