Belediyye.infonun suallarını Ağdam Rayon icra Hakmiyyəti Başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Baxşeyiş əliyev cavablandırır.
Ağdamda aparılan abadlıq quruculuq işlərində rayonda formalaşan bələdiyyələrin rolu barədə nə demək olar?
- Bu gün Ağdam rayonunun inzibati ərazisinin 72 faizi Ermənistan Silahlı Qüvvələrinin tapdağı atlındadır. Rayonda formalaşan 14 bələdiyyə məhz işğal altında olmayan 28 faizlik ərazidə fəaliyyətdədir. Daim təmas xəttinə yaxın olması sösüz ki bələdiyyələrin normal fəaliyyətinə ciddi təsir edir.
Təsəvvür edin ki, 2016-cı ildə rayon bələdiyyələrinin ümumi gəlirləri 83.600 manata bərabər olub. Düzdür, bu 2015-ci illə müqayisədə 22 faiz artıq deməkdir. Ancaq yenə də tam fəaliyyət göstərə bilmirlər. Rayon bələdiyyələrinin əldə etdikləri maliyyənin 52.6 faizi torpaq satışından və icarəsindən daxil olub. Bütün çətinliklərə baxmayaraq bələdiyyələr 5.700 manat torpaq və əmlak vergisi yığımağa nail olublar.
Hazırda Ağdam bələdiyyələri bütün işlərdə olduğu kimi rayonun abadlıq-quruculuq işlərində də fəal iştirak edirlər. Belə ki, hər bir bələdiyyə həm öz ərazisində, həm də rayonun digər ərazilərində yolların sahbisiz tullantılarından təmizlənməsində, qəbrstanlıqların, kəndarası məhəllədaxili yolların və küçələrin abadlaşdırılmasında fəal iştirak edirlər.
- Rayonda baramaçılığın və kənd təsərrüfatının inkişafı istiqmətində bələdiyyələr hansı töhvə veriblər?
- Ağdam bələdiyyələri ölkəmizdə hazırda ən prioritet sahələr olan baramaçılıq və pambıqçılıq sahələrinin inkişaf etdirilməsində yaxından iştirak edirlər. Hazırda Ağdam rayonunda 2017-ci il üçün 13.2 ton yaş barama və 3000 ha pambıq yetişdirilir ki, bu işdə bələdiyyələr bütün gücləri ilə çalışırlar. Onlar həm özlərinə məxsus ərazilərdə pambıq əkib becərir, həm öz büdcələrini daha da artırmağa çalışır, həm də həmin ərazilərdə yüzlərlə sakini işlə təmin edirlər.
- Ağdam bələdiyyələri hansı layihələrə imza atıblar?
- Rayon ərazisində olan bələdiyyələr bir çox layihələr həyata keçirmişlər. Belə ki, öz ərazilərində yolların təmir olunması üçün bir sıra layihələrdə iştirak etmiş, sakinlərin rahatlığı üçün bu işləri uğurla həyata keçirmişlər.
- icra hakmiyyəti olaraq bələdiyyələrə problemlərinin həlli istiqmətində hansı metodik tövsiyyə vermisiniz?
- Ağdam rayon icra Hakmiyyətinin başçısı cənab Raqub Məmmədovun təşəbbüsü və tövsiyəsi ilə bələdiyyələrlə mütəmadi olaraq görüşlər keçirilir, onların mövcud problemləri dinlənilir, metodik tövsiyələr verilir və lazımı köməkliklər edilir. Bütün işlərdə bələdiyyələrin güclərindən istifadə olunaraq, onlardan rayonun ictimai-siyasi və iqtisadi sahələrdə olan işlərdə istifadə olunur.
- əhalinin vergiyə cəlb edilməsi üçün bələdiyyələr hansı zəruri addım atırlar?
- əhalinin vergiyə cəlb olunmasında bələdiyyələr bir sıra işlər həyata keçirib. Azərbaycan Milli Bələdiyyə Assosiasiyaları tərəfindən yaradılan BAMS sisteminə bələdiyyələr öz ərazilərində yerləşən və öz istifadələrində olan vergi obyektlərini daxil edərək, onlardan verginin toplanması üçün fəal iş aparırlar. Bu istiqmətdə iş artıq başa çatmaq üzrədir.
Cəbhə bölgəsi olduğu üçün bu işlərin həyata keçməsində çətinliklər yaransa da bütün imkanlardan istifadə olunur ki, işlər vaxtında yerinə yetirilsin.
Düşünürəm ki, Ağdam bələdiyyələri hələ sözlərini, lazımı səviyyədə deməyiblər. Bu gün bələdiyyələrin əsas məqsədi rayonun iqtisadi inkişafında daha yaxından iştirak etməkdir.
Belediyye.info