"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda “Davamlı inkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsinin təqdimatı olub

--2019-04-30 / 09:56

Aprelin 29-da Bakıda Avropa ittifaqının maliyyələşdirdiyi, BMT-nin inkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı inkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində “Dayanıqlı inkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin açılış konfransı keçirilib.

AZəRTAC xəbər verir ki, tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova layihə barədə məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi bələdiyyələrdə qadınların təmsilçiliyini artırmaqdır. Layihənin davamı Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa, Qazax rayonlarında reallaşdırılacaq.

S.Qəhrəmanova qeyd edib ki, ölkəmizdə bələdiyyələrdə qadınların təmsilçiliyi əvvəllər 4 faiz idisə, hazırda dövlətimizin apardığı siyasət nəticəsində bu rəqəm 35 faizə çatıb. “Gender bərabərliyi inkişafın dayanıqlılığını təmin edir. Davamlı inkişaf ölkədə gender bərabərliyini zəruri edir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin təmin olunması ölkəmizin inkişafına təkan verir. Bu layihə Azərbaycanda Dayanıqlı inkişaf Məqsədlərinə xidmət edəcək. Layihə vasitəsilə biz, ələlxüsus, gender bərabərliyi və qadınların səlahiyyətlənməsi üzrə 5-ci məqsədə, inklüziv iqtisadi inkişaf və layiqli məşğulluq üzrə 8-ci məqsədə və bərabərsizliyin azaldılması üzrə 10-cu məqsədə töhfə vərəcəyik”, - deyə S.Qəhrəmanova əlavə edib.

Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti bildirib ki, Avropa ittifaqı, BMT-nin inkişaf Proqramı ilə AQUPDK-nin birgə həyata keçirdiyi layihələr nəticəsində paytaxt Bakı və regionlarda gender bərabərliyi istiqamətində bir sıra layihələr həyata keçirilib. O, “Davamlı inkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsinin də bu işə töhfə verəcəyinə əminliyini bildirib. Layihənin Azərbaycanın 9 regionunda həyata keçiriləcəyini qeyd edən Simona Qatti gələcəkdə bu işin daha da genişləndirilməsinin zəruriliyini deyib.

Daha sonra çıxış edən BMT-nin inkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti layihə tədbirlərinin uğurla yerinə yetirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın həlledici rolunu vurğulayıb. O, həmçinin qadınların milli inkişaf prosesinə təsiri və onların sosial, iqtisadi və siyasi həyatda iştirakının təşviqi məqsədilə həyata keçirilən tədbirlərə qanunvericilik səviyyəsində davam edən dəstəyin nümunəsi kimi Milli Məclisin deputatlarının konfransda iştirakını qeyd edib.

Tədbirdə çıxış edən “Dayanıqlı inkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsinin əlaqələndiricisi və “Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda” ictimai Birliyinin sədri Lyudmila Xəlilova deyib ki, layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Layihə tədbirlərinin həyata keçirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyası, yerli icmalar və QHT-lər, “Hədəf” regionların şəhər bələdiyyələri, bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcəyini bildirən xanım Lyudmila Xəlilova, həmçinin qadınların bələdiyyələrdə təmsilçiliyini zəiflədən amillərə də toxunub.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Fazil Mustafa, Qənirə Paşayeva, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Fazil Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bələdiyyə idarəçiliyində qadınların iştirakçılığı – dayanıqlı inkişafın gender məqsədi, bələdiyyə idarəçiliyində Dayanıqlı inkişaf Məqsədlərinin rolu, Dayanıqlı inkişaf və yerli idarəetmədə iştirakçılıqda gender amili: müasir çağırışlar, yerli səviyyədə qərarvermə prosesində qadınların rolu mövzularında çıxış edərək fikir mübadiləsi aparıblar.

https://azertag.az

ŞƏRHLƏR