"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda “izmit Dostluq Parkı”nın tikintisinə başlanılıb

--2018-04-23 / 19:51

Hazırda Nəsimi RiH-in təşəbbüsü, Nəsimi bələdiyyəsinin təşkilatçılığı və maliyyə vəsaiti hesabına rayonun Cavadxan küç. 62-70 ünvanlarında “izmit Dostluq Parkı”nın tikintisinə başlanılıb.

Bu barədə məlumatı Nəsimi bələdiyyəsi yayıb.

Bu gün “izmit Dostluq parkı”nın salınmasıyla bağlı aparılan layihələndirmə işlərinə uyğun nəzərdə tutulan abadlıq işləri sürətlə davam etdilirir.

Yeni ağacların əkilməsi, yaşlılıq zolağının salınması, uşaq meydançalarının

quraşdırlıması üçün yerlərin hazırlanması, o cümlədən müəyyən yerlərdə beton örtüklərin salınması işləri başa çatdırılıb.

Qeyd edək ki, “izmit Dostluq Parkı”nda quraşdırlılacaq uşaq idman qurğuları və söhbətkeşlər Türkiyənin izmit bələdiyyəsi tərəfindən göndərilib.

Parkda görüləcək işlərin yaxın zamanda başa çatdırılması nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR