"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi “Yerli Demokratiya həftəsi”nə hazırdır

--2016-10-27 / 21:37

2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi"keçiriləcək.

Həftə ərzində keçiriləcək layihələrə  toxunan Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Belediyye.infoya açıqlamasında bildirib ki, hər il olduğu kimi bu ildə bələdiyyə iclasında həftə ərzində görüləcək işlərin planı  müzakirə edilərək təsdiq edilib.

ilk növbədə həftə ərzində Bakıxanov bələdiyyəsinin rəhbərləri (sədr və müavinlər) həftə ərzində açıq qapı günlərində qəsəbə sakinlərini səhər saat 9:00-dan axşam saat 17:00-dək qəbul edəcəklər.

Noyabrın 2-də saat 17:00-da isə  Bakıxanov bələdiyyəsinin qarşısında qəsəbə sakinləri ilə görüş keçirilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR