"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi də “MilliöN” və “EASYPAY” ödəniş sisteminə keçir

--2016-05-24 / 01:06

Sabunçu rayon Bakıxanov bələdiyyəsi digər elektron ödəmə sistemlərinə də keçəcək. Hazırda “MilliÖN” və “EASYPAY” ödəniş sisteminə ilk olaraq Nəsimi, sonra isə  Səbail və Nizami bələdiyyələri qoşulub.

Bundan əvvəl isə E-manat sisteminə  Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə digər beş bələdiyyə - Bakıxanov, Sabunçu, Yasamal, Nizami və Xırdalan bələdiyyəsi   qoşulub.

Lakin E-manat sistemin  post terminallarının bütün istiqamətlərdə olmaması bələdiyyələri digər ödəniş sisteminin tətbiqinə keçməyə məcbur edib.

Bələdiyyələrdən daxil olan məlumatlara görə, hər ay elektron ödəmə sistemlərindən orta rəqəmlə  ümumi büdcə daxilolmalarının 20% -dək vəsait daxil  olur.

Belediyye.info

ŞƏRHLƏR