"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə “Bülbülə” gölünün ətrafını zibil tullantılarından təmizləyib

--2015-10-03 / 14:30

Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənovun sözlərinə görə, qəsəbə ərazisində olan əmlakın 70 faizinin sənədi yoxdur. Elə bu səbəbdəndir ki,  ay ərzində cəmi 3500-4000 manata vəsait toplaya bilirik.  Doqquz ay ərzində topladığımız vəsaitin həcmi  32 min manata bərabər olub.

Vaxtıylə Suraxanı məhkəməsinin inzibati binaslnda fəaliyyət göstərən bələdiyyə özünə aid DSMF-yə digər instansiyalara borcu yoxdur.

Sədrin sözlərinə görə, hazırda bələdiyyənin əsas məqsədi inzibati xəritədə dəqiqləşdirmələrin aparılmasına nail olmaqdır.

Bələdiyyə inzibati ərazisində iş görməyə çalışır. S.Bəhlulzadə küçəsinin  qəsəbə ərazisindən keçən hissəsində aparılan işlərə 3 min manata yaxına vəsait xərclənib.

Bülbülə gölünün  ətrafında ciddi şəkildə təmizlk işləri aparılaraq ərazidə səliqə-səhman yaradılıb. Qazandığımız pulun 15 min  manatını əməkhaqqı kimi xərcləndyini deyən sədr gələcəkdə büdcə vəsaitlərini artırmaq məqsədiylə yeni layihələr üzərində işləyəcəklərini də bildirdi.

Belediyye.info

ŞƏRHLƏR