"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucuxəstəliklərlə mübarizə” layihəsinə təşkilatı dəstək verib

--2016-11-10 / 16:18

Binəqədi rayonunda “Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucuxəstəliklərlə mübarizə” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirici tədbirlər davam edir.

Noyabrın 10-da Xocəsən qəsəbəsində yerləşən 103 nömrəli orta məktəbdə Xocəsən bələdiyyəsinin təşkilati dəstəyi və bələdiyyənin ictimai-humanitar sektor müdiri Pərvanə Gözəlova, “Yoluxucu Xəstəliklərlə Mübarizə” ictimai Birliyinin sədri Fikrət Xəlilov, təşkilatın üzvləri, həkim-ekspert Solmaz Mirzəyeva və həmin məktəbin direktoru Yusif Alməmmədov iştirak etmişdir.

QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə məktəblilərə sağlam həyat tərzi, zərərli vərdişlərin fəsadları və yoluxucuxəstəliklərdən qorunmanın yolları barədə təlimatlar verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR