"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə “imamzadə” ziyarətgahında abadlıq işləri aparıb

--2017-09-30 / 15:01

Bərdə Rayon icra Hakmiyyətinin başçısı Vidadi isayevin təşəbbüsü və dəstəyi  ilə Bərdə bələdiyyəsi  “imamzadə” ziyarətgahında abadlıq və cari təmir işləri aparılıb.

Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.

Beləki adıçəkilən ərazidə və qəbiristanlıqda otlar biçilmiş, oturacaqlar boyanmış, çınqıl daşları ilə ərazi hamarlanmışdır.

Ziyarətgahın yerləşdiyi Nüşabə küçəsində işıq dirəkləri və elektrik avadanlıqları yeniləri ilə əvəz olunmuş, səkilər və bardürlər boyanmış, bələdiyyənin müvafiq strukturunun əməkdaşları tərəfindən  sökülən hissələr təmir olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR