Quba bələdiyyəsinin sədri Zakir Müsülümovun Belediyye.info saytına verdiyi məlumata görə, əvvəlki illərdə olduğu kimi, cari ildə də Quba şəhərində həyata keçirilən abadlıq, təmir, yaşıllaşdırma və tikinti işlərinin yüksək keyfıyyətlə və müasir dövrün tələblərinə uyğun yerinə yetirilməsi üçün bələdiyyə tərəfındən xeyli iş görülub. Qanunvericilikdə edilən düzəlişlərdən sonra bələdiyyə büdcəsinə daxilolmalar ilin əvvəlində nisbətən azalsa da problemlərin ilin II yarısında öz həllini tapacağına əminik. Sədrin sözlərinə görə, cari ilin birinci yarısında Quba bələdiyyəsi tərəfındən Quba bazarı ətrafındakı küçələrdə qanunsuz yerləşdirilmiş köşklər sökülərək onların əvəzində müasir dövrün tələblərinə cavab verən standart ticarət köşkləri quraşdırılaraq əhalinin istifadəsinə verilib. Həmin ərazidə nəqliyyatın və piyadaların hərəkətini yaxşılaşdırmaq üçün küçələr qreyderlə hamarlanmış, əraziyə 30 yük maşını çınqıl döşənərək yayılıb:
“Daha sonra şəhərin “Quba Meydanı” mədəniyyət və istirahət parkmda fəvvarələrin motoru təmir edilmiş, işıq dirəkləri yenilənmiş, yaşıllıqlar qaydaya salınmış, oturacaqlar rənglənmiş və qazonlar qaydaya salınmışdır. Ötən 6 ay ərzində Quba Bələdiyyəsinin inzibati binasının daxili təmir edilmiş və iş otaqlarında müasir tələblərə cavab verən texniki avadanlıqlar yerləşdirilmişdir.”
şəhərdə aparılan abalıq işlərinə toxunan sədrin sözlərinə görə, şəhərin Memar əcəmi küçəsində səkilər cari təmir edilmiş, həmçinin “Dədə Qorqud” meydanında səliqə-səhman və təmir işləri aparılmışdır. Bələdiyyə tərəfındən şəhərin Sülh prospektində, Fətəli xan, Qələbə küçələrində səkilərin və yolların hər gün süpürülərək məişət tullantılarından təmizlənməsi işinin müntəzəm olaraq həyata keçirilməsi üçün yerli büdcədən maliyyə vəsaiti ayrılır.
Cari ilin I yarısında yuxarıda sadalanan işlərin görülməsinə Quba Bələdiyyəsinin büdcəsindən 2035 manat maliyə vəsaiti xərclənib. Hazırda Quba Bələdiyyəsi tərəfındən M.əzizbəyov küçəsində (Nügədi yolu) təmir işləri davam etdirilməkdədir.
BELEDIYYE.INFO