"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə “Xeyr-şər evi”nin tikintisinə hazırlaşır

--2016-02-24 / 10:59

Lökbatan bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbənin ş.Xəlilov küçəsi ev 4, 11, 13 və 15-in qarşısında tikiləcəyi planlaşdırılan xeyir-şər evinin ərazisi tikintiyə hazır vəziyyətə gətirilib.

Bu məqsədlə ərazidə təmizlik işləri aparılıb. Belə ki, ərazi daş qırıntılarından,  sahibsiz atılmış zibillərdən təmizlənərək daşınmışdır. Bununla yanaşı ərazidə uçmaq təhlükəsi ilə üzləşən yöndəmsiz tikililər sökülərək xeyir-şər evinin tikintisinin əsasının qoyulması üçün şərait yaradılmışdır.

Qeyd edək ki,  Lökbatan bələdiyyəsi “Abad məhəllə” layihəsinə start verib. Layihə çərçivəsində ərazidə  uşaq meydançası, söhbətkeşlər və xeyr-şər evinin tikintisi nəzərdə tutulub.

Belediyye.info 

ŞƏRHLƏR