Bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial probremlərin həllində xeyli irəliləyişə nail olunmuşdur.
Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə institutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir.
Bələdiyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.
Bildiyimiz kimi, bələdiyyələr kollegial orqandır, yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.
Mollavazlı bələdiyyəsində ötən 2022-ci ildə 12 iclas keçirilmiş, 13 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 2022-ci il ərzində bələdiyyə iclasında müzakirə olunan 13 məsələnin 12-i iş planına əsasən məsələ olmuşdur.
2022-ci ildə Mollavazlı bələdiyyəsinə 25 ərizə vətəndaşlardan 20 məktub isə müxtəlif idarə və təşkilatlardan daxil olmuşdur. Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılb cavab verilmişdir.
Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.
Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur.
Bələdiyyənin 2022-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 49419 manat, xərclər isə 49419 manat nəzərdə tutulmuşdur.
2022-ci ildə Dövlət büdcəsindən 1820 manat dotasiya ayrılmışdır.
Bələdiyyənin 2022-ci ildə yerli büdcəsi 49419 manata qarşı 5042.04 manat olmuşdur .
Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır.
-Qalıq 699.04 manat
-Dotasiyadan daxil olma isə 1800 manat olmuşdur
-“Baksel” MMC-nin ötrüçü qurğusuna aid torpağın icarə haqqından 1200.00 manat
-Fiziki şəxslərdən torpaq vergisindən 287.00 manat
Torpaq satışındzn 1050 manat
Cəmi : 4355.00 manat
Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir:
-DSMF-na 997.00 manat
-əmək haqqı 3490.00
-Kənd bələdiyyələrinin Milli Assosiasiyasına60.00 manat
-Qəzetə abunə haqqı 135.00 manat
-Audit haqqı 200.00 manat
-Qızıl Aypara Cəmiyyətinə 20.00 manat
-Bank xidmətlərinə 22.21 manat
-ödəmə mənbəyindən sadələşmiş vergi 16.83 manat
-Ekologiya 100.00 manat
-Hesabda qalan vəsait 0.64 qəpik
Nəzərdə tutulmuş büdcə layihəsindən 44376.96 manat kəsir qalmişdır. Buda nəzərədə tutulmuş büdcə layihəsinin 115-ni təşkil edir .
Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və dəqiq miqdarı göstərilmişdir.
Yuxarıda göstərilənlərdən başqa qeyd edim ki, 2022-ci ilin mart və dekabr aylarında kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması üçün Yaponiya səfirliyinin maliyyəsi hesabına quraşdırılan elektirik su nasosunu bir qrup kənd sakinlərinin və bələdiyyənin köməyi ilə təmir etmişik. 2022-ci ildə suvarma nasosunun elektirik enerjisinə olan 2400 manat borc bir qrup kənd sakinləri və bələdiyyə üzvlərinin şəxsi hesabına ödənilmişdir. Təsərrüfatlar arası suvarma kanalları və drenaj kollektorlar Dövlət layihəsi əsasında lildən təmizlənmişdir. Belə ki, əkilən torpaqların suvarılmasında məlum su qıtlığının olmasına baxmayaraq əhalinin problemi olmamışdır.
Bu ildə “Sparktel” provyderi ilə əməkdaşlıq əsasında kəndin yarı hissəsi yüksək sürətli internet şəbəkəsinə qoşulmuşdur və “Aztelekom” provayderidə kəndin bütün ərazisində yeni nəsil internet xəttinin çəkilişinə start vermişdir.
Eyni zamnda qeyd edim ki, Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyac olan Qarabağ müharibəsi əlillərinə, veteranlara , şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır Onlara əkin üçün torpaq sahəsi verilmiş və bayram günlərində maddi yardım edilmişdir . Eyni zamanda qeyd edim ki, 2022-ci ilin oktyabr və noyabr aylarında onlara odun- yanacaq verilmişdir.
Məlumdur ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Bu sahədə bələdiyyənin vəziyyəti qənaətbəxş deyildir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti ədliyyə Nazirliyi imişli Regional ədliyyə idarəsinə göndərilir.
Mollavazlı bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən Möhtərəm Prezidentimiz Cənab ilham əliyevin verdiyi tapşırıq və tövsiyyələrini həmişə öz işində rəhbər tutmuşdur.
Seçicilərimizi əmin edirik ki, bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon icra Hakimiyyətinın tövsiyyəsi əsasında quracağıq.
S.Mütəllimov
Saatlı rayon Mollavazlı bələdiyyəsinin sədri