Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasında (AHiK) 2018-ci ilin nəticələrinə görə “ilin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Bu barədə məlumatı Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsindən daxil olub.
Ötən ilin nəticələrinə görə “ilin peşəkar gənci” fəxri adına layiq görülmüş 50 nəfər istedadlı gənc AHiK-in Fəxri Diplomu, Döş nişanı və Vəsiqəsi ilə təltif olunub.
Təltif edilənlər arasında bir bələdiyyə qulluçusu da vardır. Belə ki, Gəncə şəhəri Nizami bələdiyyəsinin ilk həmkarlar təşkilatının sədri Fəridə Həsən qızı Həsənova ”ilin peşəkar gənci” fəxri adına layiq görülüb.
Belediyye.info olaraq Gəncə şəhəri Nizami bələdiyyəsinin ilk həmkarlar təşkilatının sədri Fəridə Həsən qızı Həsənovanı ürəkdən təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.
Məlumatda bildirilir ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHiK icraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “ilin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib.
Belediyye.info