“Bu gün bələdiyyələrə istənilən halda dövlət dəstəyi lazımdır”- bu fikirləri Belediyye.infoya Biləsuvar bələdiyyəsinin maliyyə müdiri Elçin şirinov bildirib.
Bu gün bələdiyyələr əmlak və torpaq vergisinin yığımında çox çətinlik çəkir, o cümlədən Biləsuvar bələdiyyəsi.
Kommunal xidmətlərin yığımında çətinlik yoxdur, ona görə ki, ödənilmədiyi halda dərhal xidmət dayandırılır.
Lakin yerli vergilərdə belə hal yoxdur. Hər hansı cərimə sanksiyası tətbiq edilsə bələdiyyəin vergi yığımındakı çətinlik aradan qalxar.
Bu gün bələdiyyə ərazisində çoxsaylı sənədsiz mənzillər vardır. Üstəlik alqı-satqı əməliyytlarında bələdiyyədən borcun olub-olmaması haqqında arayışın tətbiq edilməsi və sair məsələlərin həlli nəticə etibariylə bələdiyyə sistemin inkişafına müsbət təsir etmiş olacaqdır.
Hazırda Biləsuvar bələdiyyəsinin üzvlərinin və qulluqçularının əsas məqsədi sakinlər arasında təbliğat işlərini intensivləşdirməkdir. Gündəlik olaraq görüşlər keçirilir, izahat işləri aparılır. Ancaq yenədə çətindir. əhali yerli vergilərini verməkdə maraqlı deyillər.
Belediyye.info