“Bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi üçün sakinlərimiz həftənin beş günü qəbul edilir və problemlərinin həlli istiqamətində addımlar atılır. Ay ərzində bələdiyyəyə 30 yaxın müraciətlər olur”- bu fikirləri Sumqayıt şəhər Hacı Zeynəlabdin bələdiyyəsinin sədri əsli Qasımova bildirib. Sədrin sözlərinə görə, bələdiyyəyə aid olmayan məsələlər də isə müvafiq orqanlara istiqamətləndirilir.
Vətəndaş müraciətləri əksər hallarda torpaq ayrılması barədə və sosial problemlərlə əlaqədar olduğu bildirən sədr müraciətlərə şəffaf şəraitdə və bələdiyyələrin daimi komissiyasıyalarinin və bələdiyyə qulluqçularının iştirakı ilə baxıldığını qeyd edib.
“Hazırda bələdiyyənizin qarşılaşdığı hansı problemin həllinə çalışırsınız”-sualına sədr bidlrib ki, əsasən torpaq ayrılmasında əmlak məsələləri üzrə Dövlət xidməti tərəfindən yaranan problemlərin həlli istiqamətində işlər görülür.
Belediyye.info