Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Azərbayan Prezidenti ilham əliyevə müraciət ünvanlayıb. Muraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti
cənab ilham əliyevə
Surəti
Birinci Vitse Prezident, xanım Mehriban əliyevaya,
Baş Nazir, cənab əli əsədova,
Milli Məclisin sədri, xanım Sahibə Qafarovaya,
Ali Məhkəmənin sədri, cənab Ramiz Rzayevə,
ədliyyə Naziri, cənab Fikrət Məmmədova,
Baş prokuror, cənab Kamran əliyevə,
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, cənab əli Nağıyevə,
Daxili işlər Naziri, cənab Vilayət Eyvazova,
Kənd Təsərrüfat Naziri, cənab inam Kərimova,
Ombudsman, xanım Səbinə əliyevaya,
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi, cənab Nazim Rəcəbova,
Ağsu rayonu icra Hakimiyyətinin başçısı, cənab Rövşən Bağırova,
Kənd Bələdiyyələrinin Milli Assosasiyasına,
Mətbuata.
Açıq məktub
Çox hörmətli cənab Prezident!
26.10.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu icra Hakimiyyəti başçısı, cənab Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü keçirilmişdir. Gəgəli bələdiyyəsinin sədri kimi mən də icra hakimiyyətinin dəvəti ilə həmin görüşdə iştirak etmişəm. Təəssüf edirəm ki, mən bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərkən başçı cənab Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, cənab Fuad Təhməzov, Ağsu rayon prokuroru cənab Elnur Cəfərov "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarını, şərəf və ləyaqətini öz seçiciləri qarşısında alçaltmışdır. Səyyar görüşün tədricən müəyyən qrupların təsiri ilə hazırlanmış qurama görüş olduğunu anlamış və həmin görüşü tərk etmişəm. Həmin vəzifəli şəxslər nümayişkaranə şəkildə seçiciləri mənim üzərimə qaldırmağa çalışmışlar. Onlar tez-tez sözümü kəsərək və ya replika ataraq bildirmişlər:
1. Qanunun tələblərindənsə, öz ürəyinin istədiyi kimi torpaq paylaya bilərsən, niyə etmirsən? Bildirmişəm ki, belə qanunsuzluğa yol verə bilmərəm.
2. Guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, sakinləri aldadıram. Bildirmişəm ki, bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur.
3. Guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Bildirişləri kəsib vergi ödəyicilərinə veririk.
4. Guya borcluların icra və Probasiya şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli bələdiyyəsində tətbiq olunur və bu mənim insafsızlığımdır. Bildirmişəm ki, bu qanunvericiliklə tənzimlənir.
5. Bələdiyyənin büdcəsi və hesabatlılığını isə lağlağıya çevirmişlər və s.
Təəssüf ki, hər üç vəzifəli şəxs "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununu bilmədiklərini açıq-aşkar nümayiş etdirmiş, mənim cavablarımı aqressiya ilə qarşılamış və yerli sakinləri yanlış məlumat verməklə mənə qarşı qaldırmışlar. Mən anlaya bilmirəm, bu təyin olunmuş vəzifəli şəxslər pozuculuqla və narazılıq yaratmaqla niyə məşğul olsun? əlbəttə, bir savadlı adam, alim kimi mən idarə olunan bu prosesi analiz etdikcə səbəbi mənə aydın olur.
iki dönəm - 2000-2010-cu illərdə Gəgəli bələdiyyəsinin sədri olmuş, cənab ilqar Hüseynov vəzifəli şəxs olduğu halda şəxsən özünə, bacanağı və qaynına, digər yaxın qohumlarına yüz hektarlarla örüş torpağı vermiş, sonra Torpaq Komitəsində işləyərkən həmin örüş torpaqlarını qanunsuz yollarla əkinə çevirmiş, onların bir hissəsinin icarə hüququnun satılması adı ilə özgəninkələşdirilməsini təşkil eləmiş, hazırda Dövlət Aqrar inkişaf Mərkəzinin rəhbəri kimi qeyri-qanuni subsidiyalaşdırılmasını həyata keçirir. Bundan həm başçının, həm də prokurorun, həm də təhlükəsizlik xidmətinin məlumatı var. Sənəd uyğunsuzluğu və müqavilə şərtlərinin yerinə yetirilmədiyinə əsaslanaraq məhkəməyə sənəd hazırladığımız bir vaxtda ilqar Hüseynov cənab başçı və digər idarə rəhbərlərini yanlış məlumatlandıraraq belə bir keyfiyyətsiz səyyar görüşün keçirilməsinə nail olmuşdur. Zala buraxılmış az saylı sakinlər məhz ilqar Hüseynovun sayıb-seçdiyi adamlar olmuşdur. ilqar Hüseynov şəxsən mənə demişdir ki, Kənd Təsərrüfatı Naziri və Ağsu rayonu icra hakimiyyətinin başçısının haqqını ödəmişəm, deyiblər ki, get kef elə. Mən əvvəlcə inanmamışam. Amma sonra ilqar Hüseynovun oğlu Vüqar Hüseynovun icra hakimiyyətində hüquq şöbəsinə müdir gəlməsindən və ilqar Hüseynovun Dövlət Aqrar inkişaf Mərkəzində müavini olan Elçin Məmmədovun icra Hakimiyyəti başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilməsindən sonra sözündə həqiqət olduğunu görmüşəm. Bununla yanaşı, ilqar Hüseynov mənə kağız zərf verərək mənim almağımı istəmişdir. Mən ona etiraz etdikdən sonra əsəbiləşmiş, səs tonunu mənim üzərimə qaldırmışdır. O gündən ilqar Hüseynovla əlaqəni kəsmiş, yalnız dəftərxana qaydasında icarəçimiz kimi (bilmirəm DAiM rəhbəri kimi necə sahibkar olur?) yazışmalar aparmışam.
ilqar Hüseynovun və Ağsu rayon icra hakimiyyətinin bütün maneələrinə baxmayaraq biz bələdiyyənin büdcəsini artırmış, kənddə yerli problemlərin həllində ən əsas qurum olmuşuq. Məlumat üçün səhifəmizə baxa bilərsiniz: http://gegeli.az. Qeyd edim ki, səyyar görüş Ağsu rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə videolentə alınmışdır. Həmin montaj olunmamış videolentə baxsanız, yerdə necə rəzalət olduğunu görəcəksiniz. Xahiş edirəm ki,
1. Hər dörd vəzifəli şəxsin seçkili orqanın rəhbərini etibarsızlaşdırma, onun şərəf və ləyaqətini alçaltma hadisəsinin araşdırılması üzrə göstəriş verəsiniz və nəzarətə götürəsiniz.
2. Bir vətəndaş kimi, bir ziyalı kimi, bir seçkili orqan rəhbəri kimi ortalıqdakı korrupsiya, dövlət və bələdiyyə əmlakını talama, sənəd saxtakarlığı və s. kimi şübhəli faktların araşdırılmasına göstəriş verəsiniz və nəzarətə götürəsiniz.
Tarix üzrə fəlsəfə doktoruyam. 2019-cu ildə Sizin islahat çağırışınıza səs verərək Ağsu rayonu Gəgəli bələdiyyəsi seçkilərində iştirak etmişəm və kənd sakinlərinin istəyi ilə üzv seçilmişəm. Kənddə indiyə qədər büdcəmiz qanunvericiliyə uyğun olaraq 100 faiz nağdsız əməliyyatlarla formalaşıb və xərclənib. Bütün işlər hesabatlı, şəffaf olub və mümkün hər yerdə elan olunub. Azərbaycan Respublikası ədliyyə Nazirliyindən və geniş ictimaiyyətdən Gəgəli bələdiyyəsi haqqında məlumat ala bilərsiniz. Təəssüf ki, indiyə qədər işimizə mane olan bu qruplaşma haqqında bütün aidiyyatı qurumlara məlumat ötürsək də cavabsız qalıb. inanıram ki, başlatdığınız islahatların yerlərdə yayılmasına və davamlı olmasına xüsusi nəzarət edəcəksiniz. Sizə çətin işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Fariz Xəlilli
Tarix üzrə fəlsəfə doktoru
Ağsu rayonu Gəgəli Bələdiyyəsinin sədri
--