Hazırda Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı işləyən Zakir Fərəcov 1999-cu və 2004-cü illərdə keçirilən bələdiyyə seçkilərində qalib gəlməklə 2005-ci ilədək Sumqayıt bələdiyyəsinin sədri vəzifəsinə çalışıb.
Bəs Zakir Fərəcov kimdir?
Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı istehsalat birliyində texnik kimi işə başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı institutunun "Sənaye iqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin institutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal istehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "şöhrət" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixili Sərəncamına əsasən Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var.
Mənbə: https://az.wikipedia.org/wiki/Zakir_F%C9%99r%C9%99cov