Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, sədr Sadiq Xəlilov vətəndaşların qəbulunu keçirib.
Bərdə rayon Mirzəxan kənd sakini şəmilov əziz Vilayət oğlu icarəsində olan Bərdə bələdiyyəsinə məxsus torpaq sahəsinin müqavilə vaxtının təkrar olaraq uzadılması üçün müraciyyət edərək sədrin qəbulunda olub. Sədr məsələnin öyrənilərək , qanunvericilik qaydasında icrası və sənədlər hazırlanması üçün müvafiq tapşırıqlar verib. Qəbulda olan Bərdə şəhər M.Cəfərov küçəsi ev 32 ünvanında yaşayan Həsənov isa imamqulu oğlu təqaüdçü kimi vergi güzəşti üçün müraciyyət edib.
Məsələ ilə əlaqədar sədrin qəbulunda olan vətəndaşa lazımı sənədlərin bələdiyəyə təqdim edilməsi bildirilib. Sənəd təqdim edildikdən sonra bələdiyyə iclasının qərarıyla güşəştin təqdim ediləcəyi vətəndaşın diqqətinə çatdırılıb.
Qəbulda bununla yanaşı kimsəsiz və köməyə ehtiyac olan sakinlərda bələdiyyənin diqqətindən kənarda qalmayıb. Beləki Bərdə şəhər H.əliyev prospekti ev 94 ünvanında yaşayan Yusifova Ruqiyyə Məhəmməd qızı qəbulda olmuş və ona maddi yardım olunmuşdur.
Qeyd edək ki, bələdiyyə sədri vətəndaşların qəbulunu hər gün keçirir.
Belediyye.info