Quba rayon Tüləkəran bələdiyyəsi öz ənənələrinə sadiq qalaraq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhid ailələri, qazilər və sosial qayğıya ehtiyacı olan 17 ailəyə Quba Rayon icra Hakimiyyətinin təşəbbüsü və bələdiyyə iclasının qərarına əsasən bayram sovqatı çatdırmışdır. Bu tipli sosial kompaniyalar bələdiyyədə artıq ənənə halını almışdır. Bələdiyyənin maliyyə vəziyyəti genişləndicə sosial yardımlar və infrastruktur layihələrinin təsir dairəsi ildən ilə genişləndiriləcəkdir.
Tüləkəran bələdiyyəsinin kollektivi adından Dövlət Vergi Xidmətinə bu nəcib işdə bizə göstərdiyi köməkliyə görə öz dərin təşəkkürümüzü bildiririk.
əziz həmvətənlərimiz! Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Tanrı Azərbaycan Xalqını qorusun!
Rauf Hüseynov
Quba rayon Tüləkəran bələdiyyəsinin sədri