"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “239 dövlət aktı düz olmadığına görə düzəlişə göndərilib”

--2018-11-14 / 18:39

“Zakatala rayonu Mosul bələdiyyəsinin ərazisində 701 təsərrüfat və 727 ev vardır.

Bizdə dövlət aktları mövcuddur Onların arasında 239 dövlət aktı düz olmadığına görə düzəlişə göndərilib.”- bu fikirləri Belediyye.infoya Mosul bələdiyyəsinin sədri Elçin Alasiyev bildirib.

Sədrin sözlərinə ğörə, hazırda bələdiyyə iclasında büdcə layihəsi müzakirə olunub və 2019-cu ilin proqnozu müzakirələrdən sonra 29.800 manat təqdiq olunub.

Elçin Alasıyevin sözlərinə, bu gün bələdiyyələrin problemi çoxdur. əsas problemlərdən biri də bələdiyyələrə subvensiyanın verilməməsidr: “Bildiyim qədər növbəti ilin büdcəsində subvensiyanın verilməsi nəzərdə tutulur. Bizdə layihə əsasında texnika alıb əlavə gəlir əldə etmək niyyətimiz var.”

Belediyye.info

ŞƏRHLƏR