Bu gün Belediyye.infonun səhifələrində dərc olunan “iqtisadiyyat Nazirliyinə: bələdiyyələrə mülkiyyətin verilməsi sürətləndirilsin” yazısna Füzuli rayonu Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev ciddə şəkildə reaksiya verib və qaldırılan məslələrin həqiqətən bələdiyyələr üçün vacib olduğunu dilə gətirib.
Bələdiyyə sədrinin fikirlərini olduğu kimi təqdim edirk:
“Bu gün bələdiyyələrin fəaliyyət göstərməməsinin ən böyük səbəbi bu qurumlardır. Düşünün ki, bələdiyyə ərazisi üzrə torpaq satışından 800 manat əldə etməlidirsə bu pulun yalnız 200 manatı bələdiyyə hesabına köçür. Adı bələdiyyənin, dadı isə başqalarının olur. Bu gün də bələdiyyələr öz ərazilərini tanımırlar. Xəritələr bələdiyyələrə təqdim olunmur. Təsəvvür edin ki, bələdiyyə ərazisində 45-50 il əvvəl tikilən evlərə bələdiyyədən xəbərsiz çıxarış veriirlər, ardından da bələdiyyəyə məktub ünvanlayırlar ki, kupça verdiyimiz ev həyətyanı ərazini zəbt edib, tədbir görün. Deməyə söz çoxdur, ancaq mənası yoxdur”
Belediyye.info