"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Belə getsə bələdiyyələr ən gərəksiz, nüfuzsuz bir quruma çevrilə bilər” -CiDDi

--2020-08-22 / 05:35

“Mütləq şəkildə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır, onların  inzibati əraziləri daxilində səlahiyyətləri dəqiqləşdirilməlidir”- bu fikirləri Yardımlı rayonu Alar bələdiyyəsinin sədri Alımirzə şahverənov deyib.

Sədrin sözlərinə görə, belə getsə bələdiyyələr ən gərəksiz, nüfuzsuz bir quruma çevrilə bilər.

Sədr inandığını bildirib ki, yaxın gələcəkdə Milli Məclisdə bələdiyyələrin status məsələsunə yenidən baxılacaq və qardaş Türkiyə modelindən istifadə edilərək, bələdiyyələrin səlahiyyətləri artırılaraq onların itmiş nüfuzları bərpa ediləcəkdir.

Bununla yanaşı, bütün şəhər, rayon, kənd və qəsəbələrdə iş görənlər, qeyrətlə, namusla çalışan bələdiyyələrimiz var. Çox təəssüf ki, onların əməyi layiqincə qiymətləndirilmir. Mən bir bələdiyyə sədri olaraq özüm haqqında bunu deyə bilərım ki, hər il ərazimizdə və imkansız ailələrə öz hesabıma şəhid ailələrinə, tənha ahıl qocalara, imkansızlara maddi yardımlar edir, məhəllədaxili yolları nizama salır, lakin hələ indiyə kimi hər hansı bir idarə və təşkilatlar və ya rəhbərliklər tərəfindən bir quru sağol da eşitməmişəm...”

Belediyye.info

ŞƏRHLƏR