sorğu
Qarlı, şaxtalı günlərdə yaranmış gərginliyi və çətinliyi aradan qaldırılmasında bələdiyyələrdə öz töhfəsini verməyə çalışır.
Bununla bağlı Belediyye.infoya məlumat verən Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminovun sözlərinə görə, rayonda formalaşan beş bələdiyyənin hər biri rayonda mürəkkəb hava şəratində küçə və səkilərdə qarın təmizlənməsində yaxından iştirak etməklə, həm də buz bağlamış əsas və məhəllədaxili yollara duz səpilməsi üçün hər bir bələdiyyə tərəfindən 10 tondan artıq duz alınmış, habelə rayonda bələdiyyələrin hər birində operativ qərargah yaradılaraq, dövlət və hökumət tərəfindən görülən işlərə öz dəstəyini verməkdədir.
Belediyye.info