"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Bu gün bələdiyyəni narahat edən ən ciddi problem qəsəbədə hələ də sənədsiz mənzil və yaşayış evlərinin olmasıdır”

--2023-01-31 / 12:12

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla Xəzər rayonu şüvəlan bələdiyyəsində görüş keçirilmişdir.

şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanovun və bələdiyyə qulluqçularının iştirakıyla keçirilən görüşdə bələdiyyənin qarşılaşdığı problemləri, əldə etdiyi uğurları və perspektiv inkişaf istiqamətləri müzakirə edilmişdir.

“Son üç ildə bələdiyyənin hər hansı bir quruma borcu olmayıb. Borcun olmaması və seçicilərin müraciətlərini vaxtında həyata keçirmək üçün bələdiyyə kollektivinin bütün üzvləri ciddi şəkildə çalışır”- bu fikirləri də görüşdə şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədr daha sonra qeyd edib ki, bu gün bələdiyyəni narahat edən ən ciddi problem qəsəbədə sənədsiz mənzil və yaşayış evlərinin olmasıdır. Bu gün ərazidəki mənzil və yaşayış evlərinin demək olar ki, 60 faizdən artıq bir hissəsinin sənədinin olmaması nəticə etibariylə büdcə gəlirlərimizə də öz mənfi təsirini göstərməkdədir.

ərazidə olan vergi ödəyicilər haqqında bütün məlumatlar bələdiyyənin mərkəzi məlumat bazasına yerləşdirilib.

Bələdiyyənin vergi xidmətinin rəhbəri  Rizvan Rəhimovun və vergi müfəttişlərinin fədakar fəaliyyətinin nəticəsidir ki, carı ildə büdcə gəlirlərimizi 40 min manatadək artıra bilmişik.

Bələdiyyə iclasında xidmətin rəhbəri Rizvan Rəhimov bələdiyyənin “Fəxri Fərmanı”yla təltif edilib.

Məhz vergi xidmətinin əhali arasında apardığı maarifləndirmə işinin sayəsində ötən il hər hansı vergi ödəyicisi haqqında məlumat icra şöbəsinə göndərilməmişdir.

Görüşdə bildirilib ki, bələdiyyənin xəritəsi müzakirə edilərək düzəlişlərlə birgə müvafiq orqanlara qaytarılsa da təəssüf ki, bu günədək bələdiyyəyə təqdim edilməyib.

Görüşdə qarşılıqlı maraq dorğuran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.

Belediyye.info

 

ŞƏRHLƏR