“Xaçmaz rayonu Nabran bələdiyyəsinin 2022 ci il üzrə büdcə gəliri 55.152 manat təşkil edib”- bu fikirləri Belediyye.infoya adlıçəkilən bələdiyynin sədri Mahir Tarıverdiyev bildirib.
əldə edilən vəsaitin 5.234 manatı torpaq vergisindən, 2.841 manatı əmlak vergisindən, 15.826 manatı torpağın icarəyə verilməsindən, 18.461 manat torpaq satışından satışından daxil olub. Digər gəlirlər 2.997 manat, dövlət tərəfindən ayrılmış dotasiya 1.970 manat, turizm xidmətlərinə görə ödənişin həcmi isə 6.227 manat təşkil edib.
Bələdiyyə sədrinin sözlərinə görə, 2021-ci il bələdiyyə büdcəsi 25.744 manat təşkil etdiyi halda 2022-ci ildə bu rəqəm iki qat artırılaraq 55.152 manata qədər çatdırılmışdır. Bu da bələdiyyənin yüksək iç fəaliyyətindən xəbər verir. Bundan başqa bələdiyyə ərazisində fəaliyyət göstərən turizm obyektlərindən “turizm vergisi” ilk dəfə olaarq yığılmışdır və bu da 2022-ci il üçün bələdiyyə büdcəsinin təxminən 11 %-ni təşkil edib.
Sədrin fikrincə, 2023-cü ildə də bu rəqəmin daha da artırılması gözlənilir.
Belediyye.info