"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Büdcə gəlirlərimizi 20 faizədək artıra bilmişik”

--2023-03-28 / 16:07

“Cari ilin birinci rübü ərzində vergi xidməti müfəttişlərinin fəaliyyəti sayəsində Binəqədi bələdiyyəsinin büdcə gəliri 20 faizədək artıb”- bu fikirləri Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib.

Sədrin sözlərinə görə, büdcə gəlirlərinin artımında ədliyyə Nazirliyinin Binəqədi rayon icra şöbəsinin də müəyyən dəstəyi olub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə icra şöbəsindən daxil olan ödənişlərin həcmi 35 % artıq olmuşdur.
Büdcənin əsas gəliri isə əvvəlki illərdə olduğu kimi, əmlak və torpaq vergisi, eyni zamanda mehmanxana və dayanacaq rüsumlarından daxil olan ödənişlər təşkil edib.

Belediyye.info

ŞƏRHLƏR