"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Daxil olan müraciətlərin hər birinə qanunvericiliyə uyğun qaydada cavab verilir”

--2023-02-17 / 17:52

“şağan bələdiyyəsinin ünvanına 2022-ci il ərzində ümumilikdə 116 məktub daxil olmuşdur. Bunlardan : 12 ədədi Xəzər Rayon icra Hakimiyyətindən, 38 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən, 66 ədədi isə digər idarə və təşkilatlardan daxil olmuşdur”- bu barədə fikirləri adıçəkilən şağan Bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən Sevinc Atayeva bildirib.

Sədin sözlərinə görə, şağan bələdiyyəsinin adından 2022-ci il ərzində ümumilikdə müxtəlif qurumlara 99 ədəd məktub göndərilmişdir. Bunlardan, 14 ədədi Xəzər Rayon icra Hakimiyyətinə,   6 ədədi ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, 79 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.

2022-ci ildə ümumilikdə, vətəndaşlar tərəfindən 121 ədəd (müxtəlif mövzulu: bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə, şikayət), bələdiyyə qulluqçuları tərəfindən isə 20 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad olma ilə bağlı ) ərizə daxil olmuşdur. Daxil olmuş bütün müraciətlərə qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR