Quba rayon Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov maraqlı təkliflə çıxış edib. Sədr bildirib ki, “ekoloji mühitin qorunmasında bələdiyyələrin özünəməxsus rolu olmalıdır. Bununla hamımız razıyıq.”
Sədr qeyd edib ki, bələdiyyə öz mülkiyyətində olan sahələrdəki ekoloji pozuntluları sənədləşdirib müvafiq olaraq regional ekologiya idarəsinə təqdim edir və regional idarələr də müvafiq olaraq cərimə tətbiq edirlər. Köçürülən vəsaitdə məhz adıçəkilən idarənin hesabına köçürülür. Nəzərə alsaq ki əksər bələdiyyələrin maliyyə durumu imkan vermədiyindən ekololoji monitorinqlərin aparılmasıyla bağlı hər hansı ştat vahidi yoxdur. Belə olan halda olmazmı ki, həmin cərimələrin müəyyən hissəsi bələdiyyə büdcəsinə ötürülsün və bələdiyyə müəyyən ekoloji laihələr icra etsin. Düşünürəm ki, ilk olaraq məhz Ekologiya və Təbii sərvərlər nazirliyi bu təkliflə çıxış edib reallaşması üçün addım atmalıdır.
Belediyye.info