“2022-ci il ərzində bələdiyyə büdcəsinə 1.032.542 manat gəlir daxil olmuşdur. Bu da əvvəlki illə müqayisədə 32 faiz artıq deməkdir. Ötən il ərzində bələdiyyənin xərcləri 1.025.229 manat təşkil etmişdir”- bu fikirləri Belediyye.infoya Nəsimi Bələdiyyəsinin sədri əziz Zeynalov bildirib.
Sədrin sözlərinə görə, büdcə gəlirlərinin əsas istiqamətlərindən olan - torpaq vergisindən 3.647 manat, əmlak vergisindən 699.970 manat, torpaq icarəsindən 780 manat küçə, divar reklamının yerləşdirilməsinə görə 1092 manat, mehmanxanalardan 216.942 manat, avtodayanacaqlardan daxil olan rüsum 49.580 manat, digər gəlirlərdən 529 manat, dotasiyadan 60000 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır. Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 458.778 manat, DSMF 83.992 manat, bələdiyyənin saxlanmasına təsərrüfat mallarinin və inventarların alınması üçün 31.413 manat, xidmət haqqının odəmilməsi üçün 33.124 manat, kommunal və komunikasiya üçün 4996 manat, Nəsimi bələdiyyəsinin binasında işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün 1.334 manat, rabitə və sair xərclərə görə 63.992 manat , sosial yardımlar üzrə ödənişlər 57.610 manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 6.142 manat, abadlıq, quruculuq təmir işlərinə 283.844 manat xərclənmişdir.
Belediyye.info